logo
О холодильных складах

Soyuducu anbarlar haqqda afydalı məlumatlar

Soyuducu anbarlar haqqda afydalı məlumatlar

Soyuducu anbar haaqinda melumat

Soyuducu anbar sistemləri istilik və rütubətə qarşı izolyasiya edilmiş, uyğun şərtlərdə soyudulan və rütubəti idarə olunan, qida məhsullarının saxlana biləcəyindən daha uzun müddət saxlanılması üçün nəzərdə tutulmuşdur.

Soyuducu anbarı inşa edərkən əsas məqsəd mümkün qədər sabit temperatur və nisbi rütubəti təmin etməkdir. Hər temperatur artımı, hətta çox qısa bir müddət də olsa da, mikroorqanizmlərin inkişafının sürətlənməsinə səbəb olur. Buna görə də, mikrobsuz məhsula soyutma tətbiq edilməli və məhsulun yığılmasından istehlakına qədər fasiləsiz olaraq davam etdirilməlidir.

Soyuducu anbar sistemləri üçün nə təklif edirik?

İki rejimli soyutma cihazları:

İkili rejimli soyutma sistemləri Müsbət (+5/-5 °C), Mənfi və dondurulmuş (-18/-25 °C) kimi müxtəlif soyutma nöqtələrində işləmə diapazonu olan soyuq anbar otağı üçün nəzərdə tutulmuş sistemlərdir. Standart yükləmə üsulu olmayan müəssisələrin məhsulları üçün ideal həlldir. Soyuducu anbar -25 / +10°C aralığında istədiyiniz aralıqda istifadə etməyə imkan verir.

Şok soyutma cihazları:

Məhsulları dondurulmuş anbara qoymazdan əvvəl məhsulu korlamadan, təravətini itirmədən qısa müddətdə aşağı salmağa (-18 dərəcəyə) kömək edən soyutma cihazıdır. Cihaz, ikipilləli yarım hermetik və vintli kompressorlarla təchiz olunub.

Split soyutma cihazları:

Split soyutma cihazları hermetik və yarı hermetik formada istehsal olunur. Xarici qurğunun soyutma hissəsi kondensator, kompressor, ventilyator mühərriki, maye çəni, elektromaqnit klapanı, kombinə edilmiş prosesstat, müşahidə şüşəsi, quruducu filtr və elektrik panelindən ibarətdir. Orta və böyük həcmli soyutma anbarlarında əsasən yarı hermetik split soyutma cihazlarına üstünlük verilir.

Mono blok tipli cihazlar:

Aşağı səs-küy və vibrasiya xüsusiyyətlərinə malik pərlərlə təchiz olunmuş cihazlar soyuducu anbarın formasından asılı olaraq standart və ya şkaf tipli buxarlandırıcı variantlarla təqdim edə bilərik.

Soyuducu anbarlarla bağlı yanaşmamız

Yerləşmə və layihələndirmə

Bizim üçün təkcə imicimiz deyil, potensial müştərilərimizin imici də önəmlidir. Ona görə də iştirak etdiyimiz yerləşmə və layihələndirilmə məsələlərinə diqqətlə yanaşırıq. Biz istəmirik ki, bu iki amilə görə quraşdırdığımız soyuducu sistemlər zərər görsün. Layihələrdə uyğunsuzluq və ya risk gördüyümüz təqdirdə müştəriləri maarifləndirir, müvafiq tövsiyələrimizi bildiririk.

Seçim imkanları

Sizə istədiyiniz qədər seçim verə bilərik. Yetər ki, tələblərinizi doğru şəkildə bildirəsiniz. Əməkdaşlarımız təqdim etdiyiniz layihənin həcmini nəzərə alaraq uyğun soyuducu anbar sistemləri ilə bağlı ətraflı məlumat verib, suallarınızı cavablandıracaqlar.

Təlimatlandırma

Bir çox layihələrdə yaranan texniki problemlərin 2 səbəbini aşkar etmişik. Birinci səbəb layihənin başlanğıcında təlimatlandırılmış şəxsin bir müddət sonra işdən çıxması, ikinci isə quraşdırılmış sistemin vaxtlı-vaxtında texniki baxışının olmamasıdır. Bu iki faktor səbəbində baş verə biləcək xoşagəlməz hadisələr üçün B planı hazırlayırıq.

Konsultasiya

Soyuducu anbar sistemləri ilə hər zaman konsultasiya verməkdə maraqlı olmuşuq. Bazar iştirakçılarına sadəcə satış etmək uzun perspektivdə hər iki tərəf üçün mənfi imic deməkdir. Bu sahə ilə məşğul olan hər bir şirkət qarşı tərəfi qorumalı, onun biznesinin inkişafı üçün qarşılıqlı münasibətləri daim yeni mərhələyə qaldırmalıdır.