logo
Наши сервисы

VRV Tipli Kondsioner Tǝmiri

VRV Tipli Kondsioner Tǝmiri

VRV böyük sahǝlǝri havalandırma ilǝ tǝmin edǝn kondisioner sistemidir. Bu kondisioner bir binanın bütün mǝrtǝbǝlǝrini, hǝtta böyük yaşayış komplekslǝrinin havalandırmasını tǝmin edǝ bilir. VRV sistemin arxitekturası multisplit sistemin arxitekturasından kǝskin şǝkildǝ fǝrqlǝnir. Bir VRV sistem blokuna 2-100 arası müxtǝliftipli daxili bloklar qoşmaq mümkündür. Bu sistemǝ qoşulan hǝr bir blok fǝrdi temperatura malik ola bilir. Burada hǝr bir daxili blok elektrik termoidarǝedici ventilǝ malik olur. VRV sistemdǝ daxili bloklar fǝrdi idarǝetmǝ ilǝ yanaşı mǝrkǝzi idarǝetmǝ sistemi ilǝ idarǝ oluna bilir. 

Günümüzdǝ bu sistem çox geniş yer almışdır. Lüks mǝnzillǝrdǝ kotteclǝrdǝ (mini-VRV), hǝmçinin ofis, xǝstǝxana, otel bu kimi binalarda bu sistemdǝn istifadǝ olunur. Bu günǝ qǝdǝr VRV sistemi ǝn inkişaf etmiş mǝrkǝzi kondisioner sistemlǝrindǝn biridir etibarlı, qǝnaǝtcil, sǝmǝrǝli, müasir tǝlǝblǝrǝ cavab verir. Əgǝr siz bu sistemdǝn istifadǝ edirsinizsǝ rahatlıqla texniki xidmǝt tǝmir işlǝrinizi bizǝ hǝvalǝ edǝ bilǝrsiniz.