Xidmətlərimiz
VRV Tipli Kondsioner Tǝmiri
VRV böyük sahǝlǝri havalandırma ilǝ tǝmin edǝn kondisioner sistemidir. Bu kondisioner bir binanın bütün mǝrtǝbǝlǝrini , hǝtta böyük yaşayış komplekslǝrinin dǝ havalandırmasını tǝmin edǝ bilir. VRV sistemin arxitekturası multisplit sistemin arxitekturasından kǝskin şǝkildǝ fǝrqlǝnir . Bir VRV sistem blokuna 2-100 arası müxtǝliftipli daxili bloklar qoşmaq mümkündür. Bu sistemǝ qoşulan hǝr bir blok fǝrdi temperatura malik ola bilir. Burada hǝr bir daxili blok elektrik termoidarǝedici ventilǝ malik olur. VRV sistemdǝ daxili bloklar fǝrdi idarǝetmǝ ilǝ yanaşı mǝrkǝzi idarǝetmǝ sistemi ilǝ dǝ idarǝ oluna bilir.
Günümüzdǝ bu sistem çox geniş yer almışdır. Lüks mǝnzillǝrdǝ vǝ kotteclǝrdǝ (mini-VRV), hǝmçinin ofis, xǝstǝxana , otel vǝ bu kimi binalarda bu sistemdǝn istifadǝ olunur. Bu günǝ qǝdǝr VRV sistemi ǝn inkişaf etmiş mǝrkǝzi kondisioner sistemlǝrindǝn biridir vǝ etibarlı, qǝnaǝtcil , sǝmǝrǝli , müasir tǝlǝblǝrǝ cavab verir. Əgǝr siz dǝ bu sistemdǝn istifadǝ edirsinizsǝ rahatlıqla texniki xidmǝt vǝ tǝmir işlǝrinizi bizǝ hǝvalǝ edǝ bilǝrsiniz .