logo
Xidmətlərimiz

Meyvə tərəvəz anbarı qurulması və təmiri

Meyvə tərəvəz anbarı qurulması və təmiri

Meyvə-tərəvəzlərin soyutma yolu ilə saxlanılması ən etibarlı metodlardan biridir. Muasir texnologiyalar sayəsində meyvə-tərəvəz istehsalçıları onları yalnız soyuq vəziyyətdə saxlamır, həmçinin saxlanılma şəraitində anbar daxili atmosferini də idarə edir. Atmosferi idarə etmək üçün quraşdırılmış sistemlə anbardakı oksigen və karbon- dioksidi muvafiq səviyyədə saxlayaraq havalandırmanı nəzarət altında saxlanılır. Meyvə-tərəvəzlərin köhnəlməsinə səbəb olan etilenin havada olan nisbətini təzimləyir və nəmlik nisbəti sabit saxlayır. Bu mükəmməl koordinasiya sayəsində meyvə-tərəvəz növləri muvafiq dərəcədə uzun müddətə saxlanılır. Atmosfer nəzarəti altında olan anbarlarda saxlanan meyvə-tərəvəzlərin rəfdə saxlanılma müddəti də çox uzun olur. Servisimiz tərəfindən quraşdırlan anbarlar.   

 

• Dərin donduruducu otaqları (-40 qədər)   

• Dondurucu otaqlar (-18 -ə qədər)   

• Soyuducu otaqları (0-5 )   

Otaqlar izolyasiya növündən asılı olaraq bakterioloji örtüklü, qalınlığı 80 mm-dən 200 mm-ə qədər olan sendviç panellərdən hazırlanır.   

• Karkas və üst örtük sinklənmiş profillərdən ibarət elementlərdən hazırlanmışdır .   

• Sinklənmiş metal korroziyadan qoruyur və uzun müddət metal ömrünü təmin edir.   

• Bolt birləşmələri sadə və sürətli yığmanı təmin edir.   

• Tikintidə yüksək keyfiyyətli sinklənmiş və ya qutu profilli polad metaldan istifadə olunur.   

• Divarların damı sendviç panellərdən hazırlanmışdır .